Okt 09, 2017 18:05 Asia/Baku
  • Riqqədə 20 İŞİD-çi təslim olub
    Riqqədə 20 İŞİD-çi təslim olub

Suriyanın şimalında yerləşən Riqqə şəhərində İŞİD terrorçularından ibarət 20 nəfər təslim olub.

Əl-Aləmin verdiyi məlumata görə, daha çox xarici vətəndaşlardan ibarət olan bu İŞİD terrorçuları, ailələri ilə birlikdə Suriyanın kürd qüvvələrinə təslim olublar. 

Suriya prezidenti Bəşar Əsəd 2015-ci ildə əfv fərmanı imzalayaraq təslim olan silahlıları əfv edəcəyini bildirdi. 

Hal-hazırda Suriyanın yerli rəhbərliyi vasitəçilərlə birlikdə silahlı qrupların başçıları ilə milli barışıq proqramı əsasında müzakirə aparır və onları təslim olmağa çağırır. İndiyədək Suriyanın müxtəlif bölgələrində çoxlu sayda yaraqlı dövlət qüvvələrinə təslim olub. 

Suriyadan əldə olunan başqa məlumata görə, Heyət Təhrir Əşşam, Əhrarüşşam və Feyləqüşşam adlı 3 yaraqlı qrup İdlib şəhərinin şimal şərqində bir biri ilə toqquşublar. 

Bu toqquşmalarda Heyət Təhrirüşşam qrupu Ərminaz qəsəbəsini ələ keçirib. 

Həmçinin Suriya ordusu generalı Əli Əl-Əli deyib: Amerika iyunun 5-dən sentyabrın 15-dək hərbi silah-sursatla dolu olan 1421 yük maşınını Suriya terrorçularının ixtiyarına verib. 

Əli Əl-Əli deyib: Zahirdə bu silahlar terrorçularla döyüşlərdə istifadə üçün köçürülüb ancaq sonda İŞİD və Cəbhətünnüsrə terrorçularına çatıb. 

Suriya ordusunun bildirdiyinə görə, Pentaqonun praqramı əsasında Amerikanın müttəfiqlərinə yardım üçün alınmış bu silahların böyük hissəsi Suriyadakı ifratçıların nəzarətinə keçir. 

Teqlər