Adam Erli: Vaşinqtonun qarşısında nüvə anlaşmasından daha yaxşı bir seçim yoxdur
-
Adam Erli: Vaşinqtonun qarşısında nüvə anlaşmasından daha yaxşı bir seçim yoxdur
ABŞ Dövlət Departamentinin sabiq sözçüsü deyib ki, Vaşinqtonun qarşısında nüvə anlaşmasından daha yaxşı bir seçim yoxdur və Amerika nüvə anlaşmasından çıxmayacaqdır.
ABŞ Dövlət Departamentinin sabiq sözçüsü Adam Erli bazar ertəsi günü axşamçağı Tramp hökumətinin yenidən İranla nüvə anlaşmasını müzakirə etməyə çalışdığını bəyan edərək, söyləyib: Bu məsələ Vaşinqtonun öz müttəfiqləri ilə əlaqələrinə zərbə vuracaq və Amerikanın beynəlxalq səhnədə təcrid olunmasından savayı bir nəticə verməyəcəkdir.
Adam Erli əlavə edib: "Tramp hökumətinin Avropa ölkələrini və MAQATE-ni İranın öz öhdəliklərinə riayət etmədiyi və nüvə anlaşmasından çıxmalı olması ilə razı edə biləcəyinə inanmıram.
Erli xəbərdarlıq edib ki, əgər ABŞ konqresi Tehranı boykot etmək istəyərsə, İran nüvə anlaşmasından çıxacaq, bu da böyük bir problem yaradacaqdır.
İranın beş üstəgəl bir qrupu (İngiltərə, Fransa, Rusiya, Çin, ABŞ və Almaniya) ilə nüvə anlaşması 2016-cı ilin yanvarından icra olunur, amma ABŞ hökuməti bu qrupun üzvlərindən biri kimi daim nüvə anlaşmasının icrasına sədaqətsizlik edibdir.
Trampın düşməncəsinə yanaşması elə bir haldadır ki, MAQATE, BMT və Təhlükəsizlik Şurasının hesabatlarına əsasən, İran İslam Respublikası daim nüvə anlaşmasındakı bütün öhdəliklərinə əməl edibdir..
2017-ci il oktyabrın 12-də Tramp nüvə anlaşması barədəki qərarını, həmçinin onun hökumətinin İran qarşısındakı əhatəli strategiyasını elan etməlidir.