Psixoloqların Nyu-Yorkda aksiyası; Trampın psixi vəziyyəti haqda xəbərdarlıq
https://azeri.sahartv.ir/news/dünya-i285213-psixoloqların_nyu_yorkda_aksiyası_trampın_psixi_vəziyyəti_haqda_xəbərdarlıq
ABŞ-ın bir qrup psixoloqu Nyu-Yorkda aksiya keçirərək bu ölkə prezidentinin kənarlaşdırılmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 15, 2017 09:49 Asia/Baku
  • Psixoloqların Nyu-Yorkda aksiyası; Trampın psixi vəziyyəti haqda xəbərdarlıq
    Psixoloqların Nyu-Yorkda aksiyası; Trampın psixi vəziyyəti haqda xəbərdarlıq

ABŞ-ın bir qrup psixoloqu Nyu-Yorkda aksiya keçirərək bu ölkə prezidentinin kənarlaşdırılmasını istəyib.

Nyu-York Postun məlumatına görə, The Duty to Warn PAC adlı qrupun dəvəti ilə keçirilən aksiyada iştirakçılar Donald Trampın təhlükəli narsist olduğunu və prezidentlik vəzifəsindən kənarlaşmalı olduğunu bildiriblər.

Kornel Universitetinin psixoloqu Herri Siqal bu aksiyada deyib: Zəiflik və dəyərsiz emosiyasından qaynaqlanan Trampın gizli qorxusunu onun hər hansı tənqid qarşısında müqavimət metodunu dərk etmək mümkündür.

Başqa bir psixoloq Mişel Qoland Nyu-York Posta deyib: Tramp heç nədən vaz keçmir və ölkə onun narsist şəxsiyyətindən əziyyət çəkir.

The Duty to Warn PAC adlı qrup 100-dən çox psixoloq və səhiyyə ekspertindən ibarətdir. Bu qrup ABŞ-da aksiyalar təşkil etməklə Trampın psixoloji problemləri haqda xəbərdarlıq etməyə çalışır.

Nyu-York Postun məlumatına görə, bu qrupun qənaətincə, Trampın psixi vəziyyəti elə bir durumdadır ki, o nüvə müharibəsini başlada bilər.