AB Ş.Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib
https://azeri.sahartv.ir/news/dünya-i285334-ab_Ş.koreyaya_qarşı_yeni_sanksiyalar_tətbiq_edib
Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirləri Şimali Koreyaya qarşı yeni sanksiya paketini imzalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 17, 2017 05:08 Asia/Baku
  • AB Ş.Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib
    AB Ş.Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib

Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirləri Şimali Koreyaya qarşı yeni sanksiya paketini imzalayıblar.

FransPress-in verdiyi məlumata görə, bu paket AB-yə üzv ölkələrin xarici işlər nazirlərinin dünənki Lüksemburq iclasında imzalanıb və üzv ölkələrin Şimali Koreyaya kapital qoyuluşuna və bu ölkəyə neft satışına qadağa qoyur. 

Sanksiyanın bir hissəsi AB ölkələrində işləyən Ş.Koreya vətəndaşlarına məhdudiyyətlərdən ibarətdir. 

AB Ş.Koreyaya qarşı növbəti sanksiyalarda məqsədin bu ölkənin nüvə silahları proqramının maliyyə təminatının qarşısını almaq olduğunu bildirib. 

Ş.Koreya ötən ay özünün altıncı və ən güclü atom bombası sınağını həyata keçirdi. 

Pxenyan bildirir ki, Amerikanın Şimali Koreyaya qarşı hədə-qorxuları davam etdikcə özünün müdafiə gücünü artırmağı davam etdirəcək.