Okt 19, 2017 20:49 Asia/Baku
  • Lavrov NATO qüvvələrinin Baltik regionunda fəaliyyətindən nigarandır
    Lavrov NATO qüvvələrinin Baltik regionunda fəaliyyətindən nigarandır

Rusiyanın xarici işlər naziri Rusiyanın İsveç seçkilərində müdaxiləsi barədə irəli sürülən ittihamları rədd edərək bildirib ki, Moskva NATO qüvvələrinin Baltik regionunda fəaliyyətinin artmasından nigarandır.

Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib: Moskva NATO-nun Baltik regionunda öz fəaliyyətini genişləndirmək təşəbbüsünün bu təşkilatın Rusiyanı nəzarətə almaq məqsədi ilə bilərəkdən həyata keçirdiyi siyasətinin tərkib hissəsidir. 

Rusiya XİN rəhbərinin dediyinə görə, NATO rəhbərləri və əsasən də Amerika daima elə rəftar ediblər ki, sanki bu strategiya sirdir. 

Lavrov deyib: Bu strategiya davamlı şəkildə həyata keçirilməkdədir və İran yaxud Şimali Koreya ilə heç bir əlaqəsi olmayan bir raket bazasının yaradılması üçün səylərin gücləndirilməsinə də şamil olur. Onun əsas hədəfində Rusiya və Çin durur. 

Teqlər