Okt 20, 2017 09:57 Asia/Baku
  • Cənubi Koreyanın analoqu olmayan təhdidi
    Cənubi Koreyanın analoqu olmayan təhdidi

Cənubi Koreya ordusu analoqu olmayan təhdiddə bildirib ki, müharibə baş verdiyi halda Şimali Koreyanın ballistik raketlərini məhv edəcək.

Yunhap İnformasiya Agentliyinin məlumatına görə, Cənubi Koreya ordusu bir bəyanatda bildirib: Əgər Koreya yarımadasında müharibə baş verərsə, bu ölkə sürətlə raketləri və yüksək hərbi potensialı ilə Şimali Koreyanın raket, nüvə və arsenal bölmələrini məhv edəcək. 

Bu bəyanatla yanaşı qeyd edək ki, Şimali Koreyada Nüvə Sınaqları ilə Mübarizə üzrə Fövqəladə Komitə bildirib: ABŞ-ın heç vaxt sürətli hücuma məruz qalacağını təsəvvür etmirdi. 

Bununla yanaşı Şimali Koreyanın İnformasiya Agentliyi bildirib ki, ötən bir həftədə ABŞ atom təchizatlarını bölgəyə gətirməklə və Cənubi Koreya ilə hərbi dəniz təlimləri keçirməklə təhlükəli addıma əl atıb. Hər an nüvə müharibəsinin başlanması ehtimalı vardır. 

Son aylarda, xüsusilə də ABŞ, Yaponiya və Cənubi Koreyanın Şimali Koreya əleyhinə hərbi və siyasi hərəkətlərinin artması, Şimali Koreyanın raket və nüvə sınaqları, Koreya yarımadasında vəziyyəti daha da gərginləşdirib. 

Teqlər