Avropadakı həşəratların 80%-i 30 il ərzində məhv olacaq
Alman mütəxəssislər Avropadakı həşəratların 80%-nin 30 ilə kimi məhv olacağı barədə xəbərdarlıq ediblər.
Frans24 telekanalının verdiyi məlumata görə, mütəxəssislər qarşıdan gələn 30 il ərzində Avropadakı həşəratların 80%-nin məhv olacağını proqnoz edirlər. Buna səbəb olaraq isə kənd təsərrüfatının genişlənməsi və zərərverici həşəratlara qarşı kimyəvi maddələrdən istifadə göstərilir.
Bu faciə qidalanma zəncirində ciddi problem deməkdir.
Bir alman mütəxəssis deyir: Bu məsələ son dərəcə ciddi xəbərdarlıq deməkdir. Çünki, həşəratlar çiçəklərin tozlanmasında önəmli rol oynayır və quşlar, bir çox heyvanlar üçün qida mənbəyi sayılırlar. Onların məhv olması ekologiyamıza ciddi təsir göstərəcək.
Kənd təsərrüfatı fəaliyyətlərinin artması və zərərverici həşəratlara qarşı kimyəvi maddələrdən istifadə həşəratların məhv olmasında önəmli rola malikdir.
Almaniya, Fransa və İngiltərədə aparılan araşdırmalar vahid bir nəticə ilə yekunlaşıb: həşəratlar əvəzedilməz varlıqlardırlar və onlar olmadan ekologiya ciddi təhdid ilə üzləşmiş olacaq.