Okt 22, 2017 12:13 Asia/Baku
  • Trampın medialarla söz atışması güclənib
    Trampın medialarla söz atışması güclənib

ABŞ prezidenti mediaları suçlayaraq onun seçkiqabağı kampaniyasının Rusiya ilə əlaqəsi işi haqda pul ödəyən şəxslərin adlarının açıqlanmasını istəyib.

İRİB-in məlumatına görə, ABŞ prezidenti Donald Tramp öz Twitter səhifəsində onun seçkiqabağı kampaniyasının Rusiya ilə əlaqəsi haqda işə və onun Nümayəndələr Palatasının İnformasiya Komitəsində irəli sürülməsinə toxunaraq yazıb: Bu dəyərsiz işin arxasında duran rəsmilər 5-ci qeydi vurğulayıblar. Ədliyyə Nazirliyi və ya ABŞ-ın Federal Polisi kimin bu iş üçün pul ödədiyini dərhal yayımlamalıdır. 

Tramp başqa bir twitdə yazıb: Facebook-a sərf olunan az pul haqqında danışırsınız. CNN, NBC və CBS-in saxta xəbərləri üçün sərf olunan milyardlarla dollar necə?

Trampın seçkiqabağı kampaniyasının Rusiya ilə əlaqələri məsələsinin detallarının aydınlaşması ilə paralel olaraq onun medialar və Konqresdəki müxalifləri ilə söz atışması artmışdır. 

Teqlər