Okt 23, 2017 11:25 Asia/Baku
  • Tramp tibbi sənədlə Vyetnam müharibəsində iştirakdan yayınıb
    Tramp tibbi sənədlə Vyetnam müharibəsində iştirakdan yayınıb

Con Mak Kin : Gənc yaşında Nyu-York hərbi akademisyasına olmuş Tramp Vyetnam müharibəsi dövründə beş dəfə tibbi göstəriş alıb.

Senator Con Mak Kin Vyetnam müharibəsi barədə açıqlamasında ABŞ prezidenti Donald Trampın Vyetnam müharibəsində iştirakdan yayınması barədə deyib: O tibbi göstəriş vasitəsi ilə müharibəyə getməkdən yayınıb. 

CNN-in internet portalının verdiyi məlumata görə, Trampın tibbi göstərişlərindən birində onun qıç sümüyündə bir çıxıntının olduğu bildirilir. Tramp və Mak Kin arasında deyişmə, ABŞ-ın tacir prezidenti öz seçki kampaniyasında bu respulikaçı senatorun hərbi xidmətini istehza etməsindən sonra başlandı.

Tramp Mak Kinin hərbi veteran olmadığını və Vyetnam müharibəsində əsir düşdüyünü bildirmişdir. 

Tramp bu bəyanatına görə üzr istəməkdən çəkinib və bu iki adam arasında ixtilaf artıq Trampın hakimiyyətə keçməsindən sonra da davam edir və bu gün Mak Kin Konqresdə Trampın barışmaz müxaliflərindən birinə çevrilib. 

Teqlər