Okt 23, 2017 21:46 Asia/Baku
  • Britaniya İranda xarici investisiyaya dəstək verib
    Britaniya İranda xarici investisiyaya dəstək verib

Britaniyanın xarici işlər naziri İranda sərmayə qoyuluşuna dəstək verdiyini bildirərək nüvə sazişinin qərb ölkələrinin təhlükəsizliyinin xeyrinə olduğunu deyib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Britaniya xarici işlər naziri Boris Conson Çetem Haus araşdırma mərkəzində etdiy çıxışında deyib: İran kənarlaşdırılmamalıdır, nüvə razılaşması qərbin təhlükəsizliyi üçün mühafizə edilməlidir və əlbəttə bu razılaşma İranın da xeyirinədir. 

Conson Britaniya dövlətinin İranda xarici investisiyaya dəstəyinin davam etməsi barədə verilən sualı belə cavablandırıb: Nə qədər ki, İran razılaşmaya sadiqdir bu ölkə iqtisadiyyatına investisiya razılaşmanın bir hissəsi hesab olunur. 

Britaniya XİN başçısı deyib: ABŞ prezidenti Donald Trampın Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxmamış olduğunu, onu tullamadığını və İrana qarşı sanksiyaların dayandırılmış olduğunu nəzərə almaq lazımdır. 

Conson Şimali Koreya barədə deyib: Ş.Koreya indiyədək 19 raket sınağı, 4 atom sınağı keçirib və yaxın zamanlarda Amerikaya gedib çatan uzaq mənzilli raket atmağa qadir olacaq. 

Britaniyanın XİN rəhbəri deyib: Heç bir ölkə Şimali Koreyaya hərbi hücumun tərəfdarı deyil amma nəzəri baxımdan bu seçim də masa üzərində olmalıdır. 

Teqlər