Okt 24, 2017 13:45 Asia/Baku
  • İtaliyada minlərlə evsiz aksiya keçirib
    İtaliyada minlərlə evsiz aksiya keçirib

Yüzlərlə italiyalı bomj və qalmağa yeri olmayan bir qrup xarici ölkə vətəndaşı mənzil və sosial təminat haqlarından faydalana bilmək üçün İtaliyanın paytaxtı Romada bələdiyyə binası önündə aksiya keçirib.

İRİB-nin verdiyi məlumata görə, yoxsul və evsiz olduğunu fəryad edən yüzlərlə nəfər Romada bələdiyyə binası önündə aksiya keçirərək, problemlərinin həll edilməsini istəyib. 

Analitiklərin dediklərinə görə, İtaliyada evsizlərin sayının artması ötən illərdə İtaliyanın şahidi olduğu iqtisadi böhranın nəticəsidir. 

İtaliya Avro məkanında əsas iqtisadiyyatlardan biri sayılır və Avropa Birliyinin üçüncü sənaye ölkəsidir. Amma, Avropanın ən borclu ölkələrindən biri də elə İtaliyadır və ciddi iqtisadi böhran ilə üz-üzədir. 

Ötən 9 ildə İtaliyada iqtisadi böhran 1.5 milyon insanın işsiz qalmasına səbəb olub. Daha bir milyon nəfər isə iqtisadi problemlərə görə İtaliyanı tərk edib. 

Teqlər