Rusiya hərbçiləri Tacikistanda manevr keçirirlər
Okt 25, 2017 17:39 Asia/Baku
Rusiyanın Tacikistanda yerləşən 201-ci bazası Düşənbə şəhəri yaxınlığında, "Lahor" hərbi meydanında manevrə başlayıb.
Rusiyanın mərkəzi qüvvələri komandanının köməkçisi Yaroslav Raşupkin bu gün deyib: Bu manevrdə 500 rus hərbçi 100 ədəd hərbi vasitədən istifadə edərək, dağlıq məntəqələrdə xəyali düşmənlə mübarizə metodlarını məşq edir.
Bu məlumata görə, manevr cari həftənin sonunadək davam edəcək.
Rusiyanın Tacikistanda yerləşən 201-ci bazası Rusiyanın bu ölkə sərhədlərindən kənarda yerləşən ən böyük hərbi bölməsidir.