AEBA Amanonun Tehran səfəri ərəfəsində bəyanat yayıb
Okt 25, 2017 20:21 Asia/Baku
-
AEBA Amanonun Tehran səfəri ərəfəsində bəyanat yayıb
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bu agentliyin baş direktoru Yukiya Amanonun gələn həftə Tehrana olacaq səfərini təsdiqləyərək, bildirib ki, bu səfər zamanı aparılacaq danışıqlar nüvə anlaşması, müahidə və əlavə protokol ətrafında olacaqdır.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bu bəyanatda əlavə edib: Yukiya Amanonun Tehrana olacaq səfəri agentlik ilə İran arasındakı adi və müntəzəm danışıqların bir hissəsidir ki, nüvə anlaşması ilə bağlı öhdəliklərin icrası barədə agentliyin nəzarəti və düzgünlüyün yoxlanılması ətrafında olacaqdır.