AB İspaniyada əsas qanuna hörmət vacibliyini vurğulayıb
Avropa Birliyinin araşdırma və innovasiya komissarı İspaniyada əsas qanuna hörmət edilməsini istəyib.
Avropa Birliyinin araşdırma və innovasiya komissarı Karlos Moedas bu gün Brüsseldə Kataloniyadakı son olaylar barədə deyib: Hər bir ölkəyə olduğu kimi hörmət etmək lazımdır və bu, Avropa Birliyinə üzv bütün ölkələr ilə bağlı olduqca mühüm amildir.
Moedas vurğulayıb ki, İspaniyada əsas qanunu və ona riayət edilməsini müdafiə etmək lazımdır.
Eyni zamanda, İspaniyanın baş naziri bu ölkə senatında Kataloniya əyalətinin başçısı və onun müavininin öz vəzifələrindən kənarlaşdırılmalarını vurğulayıb.
Kataloniya məntəqəsi İspaniyanın mərkəzi dövlətinin kəskin müxalifətinə və mərkəzi polis qüvvələrinin səs verənlərlə toqquşmalarına rəğmən, istiqlaliyyət referendumu keçirdi və respondentlərin doxsan faizi istiqlaliyyətə səs verdi.
İspaniyanın ali məhkəməsi qeyd olunan referendumu bu ölkənin əsas qanunu ilə təzadlı elan edibdir.