Raxoyun müavini Kataloniyanın idarəsini öz üzərinə götürüb
İspaniya baş naziri ölkə kralı ilə razılaşdırılmış bir fərmanda hökumətin Kataloniya üzrə qanuni səlahiyyətlərini öz müavininə köçürüb.
El Pais qəzeti yazır: İspaniya baş naziri Mariyano Raxoy Kataloniya yerli hökumətinin başçısı və müavini Karlos Pucdmunt və Oriol Cunkrasın vəzifədən kənarlaşdırılmasından sonra öz müavini Sürəyya Saenz de Santamariyanı Kataloniyada mərkəzi hökumətin müdaxiləsi üzrə koordinatoru təyin edib.
Santamariya eyni zamanda Kataloniyanın rabitə və informasiya mərkəzinə də nəzarət edəcək və beləliklə katalanların paralel olaraq informasiya və casusluq idarəsi yaratmalarına mane olacaqdır.
Raxoyun qərarına görə, İspaniyanın nazirlər kabinetinin bütün üzvləri Kataloniyada müvaviq idarələri nəzarətə alacaqlar.
İspaniya baş naziri dünən gecə Kataloniya yerli hökuməti və parlamentini buraxdı və bölgənin 21 dekabr seçkilərinədək mərkəzi dövlət tərəfindən idarə ediləcəyini bildirdi.
Kataloniyanın kənarlaşdırılmış başçısı Pudcmunt Madridin təşəbbüslərini rədd edərək katalanları İspaniya dövlətinə qarşı dinc müqavimətə çağırıb.
Kataloniyanın yerli parlamenti dünən bu bölgənin İspaniyadan ayrılmasına müsbət səs verdi.
İspaniyanın senatı isə 215 səslə bu hərəkəti pisləyərək mərkəzi hökumətin bu bölgəyə bir başa hakimiyyətini təsdiqlədi.
Kataloniya İspaniyanın şimal şərqində yerləşir. Bu müxtar vilayət mərkəzi hökumətin müxalifətinə rəğmən müstəqillik üzrə referendum keçirdi amma İspaniya konstitusiya məhkəməsi bə referendumun qeyri-qanuni olduğunu bildirdi.