ABŞ-ın Kastroya qarşı qətl üzrə fitnəkarlıq planları ifşa olunub
https://azeri.sahartv.ir/news/dünya-i285855-abŞ_ın_kastroya_qarşı_qətl_üzrə_fitnəkarlıq_planları_ifşa_olunub
Kubadakı məlumatlı mənbələr Amerikanın bu ölkənin mərhum liderinə qarşı qətl üzrə fitnəkarlıq planlarının ifşa olunmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2017 07:15 Asia/Baku
  • ABŞ-ın Kastroya qarşı qətl üzrə fitnəkarlıq planları ifşa olunub
    ABŞ-ın Kastroya qarşı qətl üzrə fitnəkarlıq planları ifşa olunub

Kubadakı məlumatlı mənbələr Amerikanın bu ölkənin mərhum liderinə qarşı qətl üzrə fitnəkarlıq planlarının ifşa olunmasından xəbər veriblər.

Kubadakı məlumatlı mənbələr bildiriblər ki, hərçənd hələ Amerikanın Kubaya qarşı bütün fitnələrinin tam detalları yayılmayıb, amma ABŞ-ın keçmiş prezidenti Con Kennedinin terroru barədə yayılan sənədlər göstərir ki, Amerika dövləti 600 dəfəyə yaxın Kubanın mərhum lideri Fidel Kastronu qətlə yetirməyə çalışsa da buna müvəffəq olmayıbdır.

Bu 83 səhifəlik sənədlərə əsasən, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin Kastroya qarşı sui-qəsdlərdə onu zəhərləmək və ya onun əleyhinə partlayış hücumları həyata keçirməsinə işarə etmək olar.

Fidel Kastro Amerika imperializmi ilə mübarizədə Latın Amerikasının ən bariz simalarından hesab olunur.