Ukrayna parlamenti önündə anti-dövlət aksiyası
Ukrayna dövləti müxaliflərindən minlərlə nəfər hökumət korrupsiyasına etiraz olaraq bu ölkə parlamentinin önündə anti-dövlət aksiyası keçirib.
Ukrayna hökuməti səviyyəsində anti-korrupsiya etirazlarının formalaşmasının ardınca bu ölkə dövləti müxaliflərindən minlərlə nəfər bazar günü Kiyevdə parlament binası önündə aksiya keçirərək, Ukrayna prezidenti Pyotr Poroşenkonun kənarlaşdırılmasını tələb edib.
Anti-korrupsiya şüarları verən aksiya iştirakçıları parlament üzvlərinin məhkəmə toxunulmazlıqlarının ləğv edilməsi, seçki qanununun islah olunması, erkən president seçkilərinin keçirilməsi və Ukraynanın yeni dövlətinin təyin edilməsini tələb ediblər.
Etirazçılar habelə müxtəlif hökumət səviyyələrində korrupsionerlərin mühakimə edilmələri üçün xüsusi məhkəmənin yaradılmasını vurğulayıblar.