ABŞ-ın Ş.Koreyaya qarşı yeni sanksiyalar siyahısı
https://azeri.sahartv.ir/news/dünya-i285971-abŞ_ın_Ş.koreyaya_qarşı_yeni_sanksiyalar_siyahısı
ABŞ dövlət katibi bu ölkənin Şimali Koreyaya qarşı yeni sanksiyalar siyahısının işlənib hazırlanmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 31, 2017 18:17 Asia/Baku
  • ABŞ-ın Ş.Koreyaya qarşı yeni sanksiyalar siyahısı
    ABŞ-ın Ş.Koreyaya qarşı yeni sanksiyalar siyahısı

ABŞ dövlət katibi bu ölkənin Şimali Koreyaya qarşı yeni sanksiyalar siyahısının işlənib hazırlanmasından xəbər verib.

Amerikanın dövlət katibi Reks Tillerson senatın xarici işlər komitəsinin dinləmə iclasında Ağ Evin Pxenyana qarşı tənbehedici hərəkətləri barədə deyib ki, Amerikanın maliyyə nazirliyi Şimali Koreyaya qarşı daha artıq sanksiya hədəflərini təyin etməkdədir.

Amerika ilə Şimali Koreya arasındakı gərginliklər ABŞ prezidenti Donald Trampın militarist rəftarı ilə daha da kəskinləşibdir.