Noy 02, 2017 16:58 Asia/Baku
  • NATO-nun baş katibi Şimali Koreyaya xəbərdarlıq edib
    NATO-nun baş katibi Şimali Koreyaya xəbərdarlıq edib

NATO-nun baş katibi bu hərbi alyansın Ş.Koreyanın hərəkətləri ilə qarşılaşmağa hazır olduğunu deyib.

Fars xəbər agentiyinin verdiyi məlumata görə, Yens Stoltenberq Cənubi Koreyada bir mətbuat konfransında deyib: Nato Şimali Koreyaya qarşı öz hərbi gücündən istifadə etməyə hazırdır. 

Stoltenberq iddia edib ki, NATO hərhansı hücumun qarşısını almaq qabiliyyəti və iradəsinə malikdir və bu elə bir metoddur ki, soyuq müharibə dövründə də ballestik raket təhdidinin idarə edilməsində tətbiq olundu və həmən metod bu gün Şimali Koreyanın nüvə təhdidinə qarşı da effektli ola bilər. 

NATO-nun baş katibi bu hərbi alyansın və onun şəriklərinin Şimali Koreyanın təhdidlərindən ciddi nigaran qaldıqlarını bildirərək həmçinin Şimali Koreyanın bu günün acıq-qydın təhlükəsi olduğunu iddia edib, o bu təhdidlərə son qoymaq üçün diplomatik və iqtisadi təzyiqlərin artırılmasına çağırıb. 

NATO-nun baş katibi bu sözləri elə bir şəraitdə deyir ki, Amerika prezidenti Donald Tramp Ş.Koreyanı hərbi hücumla hədələyib. 

Ş.Koreya rəsmiləri də daima ABŞ-ın ehtimal olunan hərbi hərəkətləri ilə qarşılaşmağa hazır olduqlarını bildiriblər. 

Teqlər