Noy 02, 2017 21:39 Asia/Baku
  • Britaniyada hüquq müdafiəçiləri Netanyahunun Londona səfərindən qəzəblidirlər
    Britaniyada hüquq müdafiəçiləri Netanyahunun Londona səfərindən qəzəblidirlər

Sionist rejimin baş nazirinin Britaniyaya səfəri bu ölkədə hüquq müdafiəçiləri və Fələstin xalqının hüquqlarını dəstəkləyənləri qəzəbləndirib.

İRİB-in Londondan verdiyi məlumata görə, Britaniyaya səfər etmiş sionist rejimin baş naziri Benyamin Netanyahu bu ölkənin baş naziri Tereza Mey ilə görüşüb və müzakirələr aparıb halbuki, bu görüş hüquq müdafiəçilərini qəzəbləndirib. 

Netanyahu Tereza Mey ilə müxtəlif mövzular o sıradan saxta İsrail rejiminin təsis edilməsi, İranla nüvə anlaşması və Təl-Əviv ilə London əlaqələrini müzakirə ediblər. 

Sionist rejimin baş naziri Londona daxil olduqdan sonra hüquq müdafiəçiləri və Fələstin xalqının hüquqlarını dəstəkləyənlər bu səfərə və müzakirələrə qarşı çıxdıqlarını bildiriblər. 

Hüquq müdafiəçiləri və Fələstin xalqının hüquqlarını dəstəkləyənlər öncə də sionist rejimin baş nazirinin Britaniyaya səfərinin ləğv edilməsini istəmişdilər. 

Teqlər