Los-Anceles əhalisi Trampın siyasətlərinə etiraz edib
https://azeri.sahartv.ir/news/dünya-i286142-los_anceles_əhalisi_trampın_siyasətlərinə_etiraz_edib
Amerikanın Kaliforniya ştatının Los-Anceles şəhəri sakinlərindən yüzlərlə nəfər dünən axşam bu ölkənin prezidenti Donald Trampın siyasətlərinə qarşı aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 05, 2017 08:23 Asia/Baku
  • Los-Anceles əhalisi Trampın siyasətlərinə etiraz edib

Amerikanın Kaliforniya ştatının Los-Anceles şəhəri sakinlərindən yüzlərlə nəfər dünən axşam bu ölkənin prezidenti Donald Trampın siyasətlərinə qarşı aksiya keçirib.

Bu aksiyanı təşkil etmiş cəmiyyət Nyu-York, Çikaqo və San-Fransisko daxil olmaqla Amerikanın digər şəhərlərində də oxşar aksiyaların keçirilməsini istəyibdir.

Trampın 2016-cı il ABŞ prezident seçkilərindəki qələbəsinin ildönümü gününə bir neçə gün qalmış keçirilən bu aksiya ozamankı geniş etirazların formalaşması barədəki nigarançılığı artırıbdır.