Noy 05, 2017 14:07 Asia/Baku
  • Trampın Seul səfərinə qarşı aksiya keçirilib

Cənubi Koreya xalqı Amerika prezidenti Donald Trampın bu ölkəyə  səfərinə etiraz olaraq, ABŞ-ın Seuldakı səfirliyi önündə aksiya keçirib. Aksiyaçıların əllərində müharibə əleyhinə şüarlar yazılmış plakatlar olub.

Etirazçılar bildiriblər ki, dünya xalqlarına koreyalıların militarist olmadıqlarını göstərmək istəyirlər. Aksiyaçılar deyiblər: Tramp dərk etməlidir ki, Koreya yarımadasının bir çox problemi ona görədir.

Bu gün səhər tezdən keçirilən aksiya Trampın Asiya səfərinə qarşı planlaşdırılmış aksiyalardan biridir.

Cənubi Koreya xalqı son aylarda da oxşar aksiyalar keçirərək, amerikan “Tad” raket sisteminin bu ölkədə yerləşdirilməsilə müxalifət edib.

Tramp şənbə günü gecə başlamış Asiyanın şərqinə on iki günlük səfərində Yaponiya və Çində olduqdan sonra çərşənbə axşamı günü Cənubi Koreyaya gedəcəkdir.

 

Teqlər