Noy 06, 2017 10:38 Asia/Baku
  • Britaniya kraliçası və onlarla nüfuzlu şəxsin gizli yatırımları ifşa olundu

Məşhur zənginlərlə bağlı yeni maliyyə sənədlərinin yayılması Britaniya kraliçası, ABŞ ticarət naziri və onlarla zənginin gizli yatırımlarını ifşa edib.

Fars Xəbər Agentliyinin məlumatına görə, ötən il məşhur zənginlərin vergilərdən yayınması ilə əlaqədar Panama adlı sənədlərin bir hissəsi açıqlanmışdı, bu il isə Paradise (Cənnət) sənədləri adı altında yayımlanıb. Sənədlərə əsasən məşhur zənginlər offşor zonalarda gizli yatırımlar ediblər. 

2016-cı il apreldə Panamada bir müəssisə Mossak Fonseka 214 mindən çox şirkət, nüfuzlu şəxs və tanınmış rəsminin maliyyə pozuntuları və çirkli pulların yuyulması ilə əlaqədar 11 milyondan çox sənədi yayımladı. 

Bu sənədlər Britaniya kraliçası II Yelizavet öz əmlakının təxminən 13 milyon dollarını ölkədən çıxardığını və Kayman və Bermuda adalarında yatırım etdiyini göstərir. 

"Cənnət sənədləri"ndə ifşa olunan 13,4 milyon sənədin arasında ABŞ-ın ticarət naziri Vilbur Rossa da rast gəlmək olur. 

Bu sənədlərin iddiasına görə, Vilbur Rossun Rusiyada Noviqator adlı nəqliyyat şirkəti vasitəsi ilə Rusiya prezidenti Vladimir Putinin kürəkəni ilə müştərək ticarəti vardır. 

Bu məsələ ABŞ prezidenti Donald Tramp hökuməti üçün yeni qalmaqalın başlanğıcı ola bilər. 

Bildirildiyinə görə, onlarla ölkənin 100-dən çox nüfuzlu şəxsinin adı "Cənnət Sənədləri"ndə vardır. 

 

Teqlər