Seulda Trampın Cənubi Koreyaya səfərinə etirazlar davam edir
Cənubi Koreyanın minlərlə vətəndaşı ABŞ prezidenti Donald Trampın Seula səfərinə etirazlarını davam etdirir.
İRNA-nın məlumatına görə, Birləşmiş Ştatlar prezidentinin Seula gəlməsindən iki gün öncədən başlanan bu aksiyalar davam etməkdədir.
Kütləvi İnformasiya Vasitələrinin Seuldan verdikləri məlumata görə, etirazçılar küçələrdə "Trampa yox", "Müharibəyə yox" şüarları verirlər.
Cənubi Koreyanın vətəndaşları Trampın hərəkətlərinin ölkələrini müharibəyə sürükləməsindən nigarandırlar. Elə bu səbəbdən ABŞ səfirliyi, həmçinin Cənubi Koreya Prezident Sarayı ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Donald Tramp Tokio kimi Seulda da güclü təhlükəsizlik tədbirləri və ABŞ-ın Koreya yarımadasında hərbi iştirakına etiraz edən minlərlə etirazçı ilə üzləşmişdir.
Trampın Cənubi Koreya rəsmiləri ilə müzakirələrinin əsas mehvəri Şimali Koreyanın hərbi gücünün artmasının qarşısını almaqdır. Onun kənarında ABŞ-ın region ölkələri, xüsusilə də Yaponiya və Cənubi Koreyaya kütləvi qırğın silahları satması üçün hərbi və iqtisadi müqavilələr imzalanmasıdır.
Trampın Seula səfəri ABŞ, Cənubi Koreya və Avstraliyanın birgə hərbi təlimlər keçirməsi ilə eyni vaxtda baş tutur.
Şimali Koreyanın hakim partiyasına məxsus Rodonq Sinmun nəşrində Pxenyan ABŞ-ı Koreya yarımadasında gərginliyi artırmaqda suçlayıb və bildirib: Tramp Seula səfər etməklə yanaşı atom bombası ilə təchiz olunmuş 3 ədəd təyyarədaşıyan gəmini bölgəyə gətirib.
ABŞ prezidenti Donald Trampın Şərqi Asiyaya turnesi 4 noyabrdan Tokio yaxınlığında Amerikanın Yokota bazasına daxil olması ilə başlanıb.