Noy 08, 2017 13:05 Asia/Baku
  • Yunanıstanda AB və NATO bayraqları yandırılıb

Yunanıstanlı tələbələr paytaxt Afinanın mərkəzində aksiya keçirərək, Avropa Birliyi və NATO-nun hərəkətlərinə etiraz edib və bu iki orqanın bayraqlarını yandırıblar.

Aksiyaçılar “Yunanıstanda büdcə çatışmazlığı Avropa Birliyinin istəyi əsasında baş verir!” və “F-16 təyyarələrinin modernləşdirilməsi üçün Amerikaya pul ödəmək əvəzinə, müalicə və təhsil mərkəzlərinin büdcələrini artırın!” kimi şüarlar veriblər. Onlar Avropa Birliyi və NATO-nun hərəkətlərinə etiraz əlaməti olaraq, bu iki oranın bayraqlarını Yunanıstan parlamentinin önündə yandırıblar.

Etirazçılar ölkələrinin iqtisadi problemlərinin kökünü qərbli kreditorlar və Avropa Birliyinin istəyi əsasında altı ildir, Yunanıstanda icra olunan sərt iqtisadi siyasətin davamı və Yunanınstanın F-16 təyyarələrinin ABŞ tərəfindən modernləşdirilməsi üzrə hərbi xərclər hesab edirlər.

Etirazçı tələbələr Yunanıstanın digər şəhərlərində, o sıradan bu ölkənin ikinci böyük şəhəri olan Saloniki şəhərində də oxşar aksiyalar keçiriblər.

.

 

 

Teqlər