Noy 08, 2017 20:05 Asia/Baku
  • Rusiya ABŞ-ın Suriyadakı kimyəvi avantürasının davam etməsilə müxalifdir

Rusiya xarici işlər nazirinin müavini bu ölkənin Amerikanın Suriyadakı kimyəvi hücumlar barədəki qətnamə layihəsilə müxalifətini vurğulayıb.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu gün deyib: Rusiya Suriyadakı kimyəvi hücumlar barədə beynəlxalq təhqiqatları uzadan qətnamə layihəsilə müxalifdir.

Ryabkov Suriyanın Xan Şiyxun məntəqəsindəki kimyəvi hücum barədəki təhqiqatları həqiqətlərin təhrif olunması adlandırıb. O, deyib ki, ABŞ-ın Suriya dövlətinin Xan Şiyxunda kimyəvi silahlardan istifadə etməsinə dair ittihamları əsassızdır.

2017-ci il aprelin dördündə Suriyanın Xan Şiyxun məntəqəsində həyata keçirilmiş kimyəvi hücumda yüzdən çox insan həyatını itirdi, təqribən 400 nəfər də yaralandı.

Bu hadisədən dərhal sonra Suriyadakı terror qrupları və onların himayədarı olan qərbli-ərəb mehvəri bu şübhəli hadisəni Suriya dövlətinə bağladılar. Dəməşq isə bu ittihamları qətiyyətlə rədd edibdir.

Bir çox ekspert Suriya dövlətini kimyəvi silahlardan istifadə etməkdə ittiham etməyi Suriya ordusunun son qələbələri ilə paralel surətdə həqiqətləri tərsinə göstərmək və ümumi fikri yayındırmaq üzrə cəhd bilir.

Teqlər