ABŞ rəsmilərinin Ərriyada raketin atılması barədə təzadlı sözləri
https://azeri.sahartv.ir/news/dünya-i286277-abŞ_rəsmilərinin_Ərriyada_raketin_atılması_barədə_təzadlı_sözləri
ABŞ Dövlət Departamentinin sözçüsü, Səudiyyə Ərəbistanının Ərriyada raketin atılmasında İranın əlinin olmasına dair iddiası barədə xəbərsiz olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 08, 2017 17:19 Asia/Baku
  • ABŞ rəsmilərinin Ərriyada raketin atılması barədə təzadlı sözləri

ABŞ Dövlət Departamentinin sözçüsü, Səudiyyə Ərəbistanının Ərriyada raketin atılmasında İranın əlinin olmasına dair iddiası barədə xəbərsiz olduğunu bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Heder Naot dünən bir mətbuat konfransında bu ölkə prezidentinin Ərriyada raketin atılmasında İranın əlinin olmasına dair sözlərinin əksinə olaraq, deyib ki, səudların Ərriyad hava limanına raketin atılması macərasında İranı ittiham etmələri barədə bir nəzəri yoxdur.

ABŞ Dövlət Departamenti sözçüsünün Ərriyad hava limanına raketin atılması barədəki sözləri elə bir haldadır ki, Amerika prezidenti Donald Tramp bundan öncə bildirmişdi ki, Yəməndən Ərəbistana raketin atılması İranın işidir.

Yəmənin ordusu və Ənsarullah hərəkatının raket bölməsi noyabrın beşində səud koalisiyasının Yəmənin paytaxtını və bu ölkənin şimalında yerləşən Səəda vilayətni bombardman etməsinə cavabda bir ədəd "Burkan 2H" raketini Ərriyadın şimal-şərqində yerləşən "Kral Xalid" hava limanı səmtinə atdı.