Filippində anti-Amerika aksiyası
Filippin xalqı ABŞ prezidentinin bu ölkəyə olacaq səfərinə etiraz olaraq, aksiya keçirib.
Filippin xalqından yüzlərlə nəfər bu gün bu ölkənin paytaxtı Manilada anti-ABŞ aksiyası keçirərək, Amerika prezidenti Donald Trampın karikaturalarını yandırıb. Onlar həmçinin anti-Amerika şüarları ilə Trampın Filippinə səfərinin ləğv olunmasını istəyiblər.
Aksiyaçılar habelə ABŞ-ın regiondakı müdaxilə mahiyyətli siyasətlərini pisləyiblər.
Bundan öncə Filippinin prezidenti Rodriqo Duterte demişdi ki, əgər Tramp bu ölkəyə səfərində Filippini bu ölkə vətəndaşlarının insan haqlarını pozması bəhanəsilə problemlə üzləşdirərsə, onun qarşısında dayanacaqdır.
ABŞ prezidenti özünün Asiyanın şərqinə və cənub-şərqinə olan regional səfərində indiyədək Yaponiya, Cənubi Koreya, Çin və Vyetnama səfər edibdir. O, yaxın günlərdə Filippinə səfər etməlidir.