Barselonada mitinq
Şənbə günü Barselonada minlərlə sakin Kataloniya Muxtariyyatının buraxılmış yerli hökumətinin hazırda həbsdə olan 8 üzvünün sərbəst buraxılması tələbi ilə aksiya keçirib. Bu 8 nəfər İspaniya Milli Məhkəməsinin qərarı ilə həbs edilib.
Barselonada məhbus siyasi liderlərə azadlıq tələbi ilə keçirilən aksiyada "Azadlıq", "Puçdemon Bizim Prezidentimizdir", "Biz Respublikayıq" şüarları verilib.
İspaniya Milli Məhkəməsi 3 noyabr tarixində Kataloniya Muxtariyyatının kənarlaşdırılmış başçısı Karlos Puçdemon və yaxın adamları barəsində iğtişaş yaratmaq və dövlət əmlakından sui-istifadə etmək ittihamı ilə beynəlxalq həbs qərarı çıxardıb.
Karlos Puçdemon başçılıq etdiyi dövlətin üzvlərindən olan 4 nəfər ilə birlikdə 30 oktyabr 2017-ci il tarixində İspaniyadan qaçaraq, Belçikaya sığınıb. O, Belçikada könüllü olaraq polisə təslim olub.
Belçika polisi isə Puçdemont və onunla birlikdə olanları şərti olaraq azadlığa buraxıb.
Kataloniya məntəqəsi oktyabrın birində bu məntəqənin İspaniyadan ayrılması üzrə referendum keçirib. Referendumda iştirak edənlərin 90%-i Kataloniyanın müstəqilliyinə səs verib.