Noy 16, 2017 12:45 Asia/Baku
  • Cənubi Koreyada zəlzələ
    Cənubi Koreyada zəlzələ

Cənubi Koreyanın Puhan şəhərində 5.4 bal gücündə baş verən zəlzələ nəticəsində 57 nəfər yaralanıb.

Yaponiyanın Kiodo xəbər agentliyinin verdiyi məlumata görə, C.Koreyanın təbii fəlakətlərlə mübarizə idarəsi bir bəyanat yayaraq bildirib ki, dünən ölkənin cənub şərqində Puhan şəhərində 5.4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 1536 nəfər evsiz qalıb. 

Dünənki zəlzələ mindən çox binaya və avtomobilə ziyan vurub. 

Puhanda baş verən dünənki zəlzələ C,Koreyanın bütün yerlərində o sıradan da paytaxt Seulda hiss olunub. 

Teqlər