Noy 17, 2017 10:57 Asia/Baku
  • Tələbələr Britaniya paytaxtında aksiya keçirdi

Minlərlə britaniyalı tələbə hökumətin sərt iqtisadi qənaət siyasətləri və ölkənin təhsil sistemindəki ayrı-seçkiliyə etiraz əlaməti olaraq Londonun mərkəzi küçələrində aksiya keçirib.

İRİB-in məlumatına görə, britaniyalı tələbələr ötən gün, bu aksiyada təhsil ödənişlərinin artmasının gənclərin ali təhsildən qalması, üstəlik məzun olduqdan sonra illərlə Britaniya hökumətinə borclu qalmalarına səbəb olduğunu bildiriblər. 

Britaniyada tələbələr təhsil dövrü və ya ondan sonra ödənişləri etməlidirlər və işə başladığı anda avtomatik şəkildə kreditlər maaşlarından tutulur. 

Təhsil ödənişlərinin artmasını dözülməz adlandıran tələbələr bildiriblər: Məzun olduqdan uzun illər sonra tələbəlik dövrünün borcunu ödəmək əzabvericidir. 

Britaniyalı etirazçı tələbələr həmçinin bildiriblər: Britaniya hökumətinin sərt iqtisadi qənaət siyasətinin davam etməsi ilə bu ölkədə ali təhsil sadəcə varlı kütlə üçün mümkün olacaq. 

 

Teqlər