Amerikalı siyasətçilərin əxlaqsızlığına qarşı etiraz aksiyası
-
Amerikalı siyasətçilərin əxlaqsızlığına qarşı etiraz aksiyası
ABŞ-ın Mine Sota ştatı əhalisi Amerikalı siyasətçilərin əxlaqsızlığına etiraz olaraq aksiya keçirib.
Onlarla nəfər cümə günü Mine Sota ştatının mərkəzi olan Sant Paul şəhərində bu ştatdan olan demokrat senator Al Frankenin əxlaqsızlığına etiraz olaraq aksiya keçirib.
Demokratlar partiyasından Mine Sota ştatının qubernatoru olmaq üçün öz namizədliyini irəli sürən Tim Valz aksiya iştirakçıları qarşısında deyib: Frankenin üzləşdiyi ittihamlar utandırıcıdır.
Hollivud və ABŞ medialarının ardınca bu dəfə ABŞ-ın siyasət dünyası əxlaqsızlıq qalmaqalı ilə çalxalanır. ABŞ Konqresinin bəzi üzvləri və sabiq dövlət rəsmiləri bir açıq məktub hazırlayaraq, əxlaqsızlıqlar və cinsi istismarların davam etməsini önləmək üçün ciddi tədbirlərin görülməsini istəyiblər.