Noy 20, 2017 10:37 Asia/Baku
  • Rusiya Amerikaya xəbərdarlıq edib
    Rusiya Amerikaya xəbərdarlıq edib

Rusiya Dumasının Müdafiə Komisiyasının sədri Vladimir Şamanov Ukraynaya amerikan silahların göndərilməsi təqdirində Ukraynada durumun son dərəcə gərginləşəcəyi bardədə ABŞ-a xəbərdarlıq edib.

ABŞ Milli Təhlükəsizlik Şurasının Ukraynaya 47 milyon dollarlıq silah yardımına dayir təklifindən sonra Ukraynayın xarici işlər naziri Pavel Klimkin deyib ki, ölkəsi Amerikanın silah yardımlarının daha da artırılmasını istəyir. 

İRNA-nın verdiyi məlumata görə, Vladimir Şamanov Klimkinin Amerikadan istənilən silahların hücumçü silahlar olduğunu bildirərək deyib: Heç şübhə yoxdur ki, bu kimi silahların Ukraynaya göndərilməsi vu ölkədə mənfi nəticələrə gətirib çıxaracaq. 

Şamanov Vaşinqtonun Rusiyaya qarşı planlarının bir hissəsinin Ukrayna vasitəsi ilə icra olunduğunu bildirərək deyib: Ukraynaya silah göndərilməsi Vaşinqtonun Moskvaya qarşı ən məsuliyyətsiz hərəkəti olacaq. 

Rusiyanın 2-ci telekanalı isə dünən bildirib ki, Amerikanın bir ədəd casusluq təyyarəsi Rusiyanın qərb sərhədləri istiqamətində Baltik dənizi eləcə də Kalininqrad vilayətinin quru bölgələri üzərində uçuş həyata keçirib. 

Teqlər