Puerto-Rikodakı duruma görə ABŞ Konqresi önündə aksiya
https://azeri.sahartv.ir/news/dünya-i286871-puerto_rikodakı_duruma_görə_abŞ_konqresi_önündə_aksiya
Minlərlə amerikalı ölkənin cənub şərqində Puerto-Riko adasında elektrikin kəsilməsi və qasırğadan iki ay ötməsinə baxmayaraq Puerto-Riko adasının yenidən qurulmasında səhlənkarlığa yol verilməsinə etiraz əlaməti olaraq ABŞ Konqresi qarşısında piket keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 20, 2017 07:24 Asia/Baku
  • Porto-Rikodakı duruma görə ABŞ Konqresi önündə aksiya
    Porto-Rikodakı duruma görə ABŞ Konqresi önündə aksiya

Minlərlə amerikalı ölkənin cənub şərqində Puerto-Riko adasında elektrikin kəsilməsi və qasırğadan iki ay ötməsinə baxmayaraq Puerto-Riko adasının yenidən qurulmasında səhlənkarlığa yol verilməsinə etiraz əlaməti olaraq ABŞ Konqresi qarşısında piket keçirib.

İRNA-nın verdiyi məlumata görə, ABŞ konqresi qarşısındakı etiraz aksiyasından əlavə yüzlərlə adam da Vaşinqton şəhərinin müxtəlif yerlərində aksiyalar keçirərək Puerto-Riko sakinlərinə dəstək verdiklərini bildiriblər. 

Bu məlumata görə, Puerto-Riko adasını dağıdan Mariya qasırğasından 2 ay ötsə də bu adada yenidən qurma və bərpa işlərinin sürəti çox azdır. 

Yerli rəsmilər də ABŞ dövləti və Tramp hökumətinin Puerto-Rikoda qasırğadan ziyan çəkənlərə qarşı etinasızlıqlarını qınamışdılar. 

Puerto-Riko adası 50-ci illərdən bəri tabe vilayət hesab olunur və əslində ABŞ-ın qeyri-rəsmi müstəmləkəsidir.