Noy 21, 2017 10:26 Asia/Baku
  • ABŞ yenidən İranı sanksiya etdi
    ABŞ yenidən İranı sanksiya etdi

ABŞ hökuməti İran İslam Respublikasına qarşı düşmənçilik siyasətinin davamında daha iki İran şirkəti və iki İran vətəndaşının adını sanksiyalar siyahısına daxil edib.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, ABŞ-ın Xəzinədarlıq Nazirliyi bazar ertəsi günü axşam bu iki İran şirkəti və iki İran vətəndaşının adını 2 Alman şirkəti ilə birlikdə sanksiyalar siyahısına daxil edib. Onlar Sepah ilə əməkdaşlıqda ittiham edilirlər. 

ABŞ-ın Xəzinədarlıq Nazirliyi bundan öncə də dəfələrlə İran şirkətləri və İran vətəndaşlarının adlarını, habelə, xarici şirkətlər və xarici ölkə vətəndaşlarını İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah ilə əməkdaşlıq etmək bəhanəsi ilə sanksiyalar siyahısına daxil edib. 

Sepah Yaxın Şərqdə ABŞ tərəfindən himayə edilən terrorçulara qarşı savaşda önəmli rol oynayır. 

Sepah İraq və Suriya dövlətlərinin rəsmi çağırışı əsasında,  ABŞ tərəfindən himayə edilən terrorçu qruplaşmalar ilə mübarizədə bu ölkələrin dövlət qüvvələri ilə əməkdaşlıq edir və onlara hərbi məsləhətçi formasında dəstək verir. Bu da Vaşinqtonun xoşuna gəlmir. 

Teqlər