Putin Rusiya ordusunun silahlarının yenilənməsinə təkid etdi
Noy 21, 2017 10:27 Asia/Baku
-
Putin Rusiya ordusunun silahlarının yenilənməsinə təkid etdi
Rusiya prezidenti Vladimir Putin bazar ertəsi günü bu ölkə ordusunun daha artıq gücləndirilməsi məqsədi ilə ordunun daha müasir silahlar ilə təchiz edilməsini istəyib.
Putin dünən Soçidə Rusiyanın yüksək səviyyəli hərbi rəsmilərinin iştirak etdiyi iclasda Rusiya ordusunun yeni və modern silahlara ehtiyaclı olduğunu deyərək, bu silahların Rusiya şirkətləri tərəfindən düzəldilməli olduğunu deyib.
Rusiya ilə Qərb dövlətləri arasındakı münasibətlər 2014-cü ildən bəri xeyli pisləşib. NATO-nun şərqə doğru geinşlənməsi və Rusiya sərhədlərinə qədər uzanması, Ukrayna olayları və Suriyada terrorizm ilə mübarizə Rusiya və NATO arasındakı gərginliyi artıran məsələlər olub.