Vaşinqton Putin və Əsədin səmimi görüşündən qəzəblənib
-
Vaşinqton Putin və Əsədin səmimi görüşündən qəzəblənib
ABŞ Dövlət Departamenti Rusiya və Suriya prezidentlərinin Soçidəki səmimi görüşünə reaksiya verib.
Fars Xəbər Agentliyinin məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü Rusiya və Suriya prezidentləri Vladimir Putin və Bəşşar Əsədin görüşü və Putinin Əsədi qucaqlamasına reaksiyada deyib: Moskva Bəşşar Əsədə kömək etmək üçün xüsusi məsuliyyətinin olduğunu göstərdi.
Kreml sarayı çərşənbə axşamı günü Rusiya və Suriya prezidentlərinin Soçidə görüşdüyünü bildirib və Putinin Əsədlə səmimi görüşünün kadrlarını yayımlayıb.
Qazaxıstan paytaxtı Astana şəhərində Suriya müzakirələrini dəstəkləyən ölkələrin dövlət başçıları, İran, Rusiya və Türkiyə prezidentləri Həsən Ruhani, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan, eləcə də Suriya prezidenti Bəşşar Əsədin iştirakı ilə iclas çərşənbə günü Rusiyanın Soçi şəhərində keçirilir.