Qırğızıstan prezidentinin andiçmə mərasimi keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i287257-qırğızıstan_prezidentinin_andiçmə_mərasimi_keçirilib
Qırğızıstanın yeni prezidenti Soronbay Cenbekov andiçmə mərasimi paytaxt Bişkekdə keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 24, 2017 08:37 Asia/Baku
  • Qırğızıstan prezidentinin andiçmə mərasimi keçirilib
    Qırğızıstan prezidentinin andiçmə mərasimi keçirilib

Qırğızıstanın yeni prezidenti Soronbay Cenbekov andiçmə mərasimi paytaxt Bişkekdə keçirilib.

Fransa İnformasiya Agentliyinin Bişkekdən verdiyi məlumata görə, sabiq prezident Almazbek Atambayevin yaxın müttəfiqlərindən olan 59 yaşlı Soronbay Cenbekov andiçmə mərasimində ölkədə inkişaf və birlik üçün çalışacağını deyib. 

Cenbekov Qırğızıstanın müstəqilliyindən sonra ölkədə ən rəqabətli seçkilər hesab olunan 15 oktyabr prezident seçkilərində 54% səs toplaya bildi. Onun əsas rəqibi Ömərbek Babannov isə təxminən 30% səs toplaya bilib.