ABŞ-da atışma
Amerika polisi Texas ştatında atışma nəticəsində 2 nəfərin həlak olmasından xəbər verib.
Sinxua xəbər agentliyinin verdiyi məlumata görə,ABŞ polisi bu gün bildirib ki, Texas ştatının Hyuston şəhərində şükretmə şənliyi və qara cümə günündə baş verən atışmada bir plis də daxil iki nəfər ölüb, iki nəfər də yaralanıb.
Yerli polis bildirib ki, Cümə günü Hyustonun cənubunda bir məktəbin kənarında bir kişinin cənazəsini tapıb.
Bu məlumata görə, Hyustonda alış-veriş mərkəzində baş verən atışmada da iki nəfər yaralanıb.
Atışma zamanı ticarət mərkəzində minlərlə adam alış-verişlə məşğul imiş.
Texasın təhlükəsizlik idarəsi bildirib ki, bu idarənin zabiti cümə axşamı vəzifəsini yerinə yetirərkən öldürülüb.
Amerikada Qara cümə yaxud hərrac cüməsi, şükretmə günündən sonraya təsadüf edir və noyabr ayının sonuncu cüməsi olaraq Krisməs üçün alış-verişlərin başlandığı gün hesab olunur.