Parisdə anti-terror aksiyanın qarşısı alınıb
Noy 26, 2017 12:37 Asia/Baku
-
Parisdə anti-terror aksiyanın qarşısı alınıb
Fransa polisi Parisdə terrorizmə qarşı aksiyanın qarşısını alıb və bunun ardınca Paris polis rəisi söz azadlığını pozmaqda ittiham edilib.
Spotnik xəbər agentliyinin verdiyi məlumata görə, dünən Paris polisinin bu şəhərdə keçirilən terrorizmə qarşı aksiyanın ləğv edilməsinə dair göstərişindən sonra Polemia fondunun başçısı Jan Yves Le Qallo polisin bu hərəkətinin konstitusiyaya qarşı bir rusvayçılıq olduğunu deyib.
Avropanı müdafiə aksiyasının Parisdə yerli vaxtla saat 15-də keçiriləcəyi qərara alınmışdı.
Polis aksiyanın ləğv edilməsinin səbəbini tərəfdarlar və müxaliflər arasında toqquşma ehtimalı ilə əsaslandırmışdır.