Əfqanıstanda mülkinin qırğın edilməsinə görə amerikan komandan üzr istəyib
-
Əfqanıstanda mülkinin qırğın edilməsinə görə amerikan komandan üzr istəyib
Əfqanıstanda fəaliyyət göstərən Amerika hərbçilərinin komandanı Qonduz vilayətinə qarşı hava hücumlarında mülkinin qırğın edilməsinə görə üzr istəyib.
İRİB-in Kabildən verdiyi məlumata görə Əfqanıstanın Daxili İşlər Nazirliyinin başçısı, Milli Təhlükəsizlik İdarəsinin rəisi və Ordunun baş qərargah rəisi ilə birlikdə Qonduz vilayətinə səfər etmiş Əfqanıstanda fəaliyyət göstərən Amerika hərbçilərinin komandanı Con Nikolson NATO-nun bu vilayətə qarşı hava hücumunda mülkinin qırğın edilməsinə görə üzr istəyib.
Nikolson ümumi fikri yayındırmaq üçün deyib: Amerika hərbçiləri öz hücumlarında mülkinin tələfatının qarşısını almaq üçün innən belə əllərindən gələni əsirgəməyəcəklər.
Son günlər Qonduz vilayətinə qarşı amerika hərbçilərinin hava hücumunda 10 mülki həlak oldu, 16 nəfər yaralandı.