Noy 30, 2017 12:54 Asia/Baku
  • Təhlükəsizlik Şurasının Şimali Koreya haqda iclası müəyyən nəticə əldə etmədən bitdi
    Təhlükəsizlik Şurasının Şimali Koreya haqda iclası müəyyən nəticə əldə etmədən bitdi

Çərşənbə günü Şimali Koreyanın son raket sınağının araşdırılması üzrə təşkil olunan BMT Təhlükəsizlik Şurasının iclası müəyyən nəticə əldə etmədən sona çatıb.

ABŞ-ın BMT-dəki nümayəndəsi Niki Heili bu iclasda digər ölkələrdən Şimali Koreya ilə bütün əlaqələrini kəsmələrini istəyib. O ABŞ prezidentinin çinli həmkarı ilə telefon əlaqəsi saxladığını deyib. Tramp Pxenyana neft ixracatının dayandırılmasını istəyib. 

Heili iddia edib ki, müharibə baş verərsə, Şimali Koreya rejimi tamamilə məhv olacaq. 

Fransa nümayəndəsi Fransua Delattre də bu iclasda Təhlükəsizlik Şurası üzvlərindən Pxenyan əleyhinə sanksiyaları artırmalarını istəyib. 

Şimali Koreyanın qonşusu olan Yaponiyanın nümayəndəsi Koro Beşşo da Şimali Koreyaya təzyiqlərin artırılmasını istəyən nümayəndələrdən olub. 

Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebebzya Şimali Koreyanın raket sınağı haqda Təhlükəsizlik Şurasının föqvəladə iclasında deyib: Hamını Koreya yarımadasında gərginliyin artması ilə nəticələnən fobiya siyasətinə yenidən baxmağa dəvət edirəm. Sanksiyalar Şimali Koreya xalqını çıxılmaz vəziyyətə salmaq deyil, bu ölkə hökumətinə təzyiqlər göstərmək istiqamətində olmalıdır. 

Pxenyan çərşənbə gecə qitələrarası raketi Yapon dənizinə atıb və bildirib ki, bundan sonra ABŞ-ın bütün ərazisi hədəfində olacaq. Bu məsələ Vaşinqton və onun regiondakı müttəfiqlərinin nigaranlığına səbəb olub. 

Teqlər