Rusiya Şimali Koreya əleyhinə hərbi seçimə qarşı çıxdı
Dek 01, 2017 11:39 Asia/Baku
Rusiyanın Təhlükəsizlik Şurasının katibi deyib: Şimali Koreya məsələsi üçün hərbi seçim imkansızdır. Mümkün olan ən yaxşı yol diplomatiyadır.
Nikolay Patruşev Sputnik-ə verdiyi müsahibədə Moskvanın Şimali Koreya məsələsi ilə bağlı siyasi və diplomatik həll yolunun tərəfdarı olduğunu deyərək, Rusiyanın Pxenyana qarşı hərbi seçimdən istifadəyə icazə verməyəcəyini bildirib.
Rusiyanın Təhlükəsizlik Şurasının katibi Şimali Koreya əleyhinə hərbi seçimdən istifadə ediləcəyi təqdirdə xüsusilə Rusiya üçün bir çox problemlərin yaranacağını deyib. Səbəb olaraq isə Rusiyanın Şimali Koreya ilə qonşu ölkə olmasını göstərib.