Avropa Şurasının sədri Brexit müzakirələrinin davamını İrlandiyanın razılığı ilə şərtləndirib
Avropa Şurasının sədri Britaniyanın Avropa Birliyindən çıxmasına dair müzakirələrin ikinci turunun başlanmasını İrlandiyanın razılığı ilə şərtləndirib.
Sky Newsun məlumatına görə, Avropa Şurasının sədri Donald Tusk İrlandiya baş naziri Leo Varadkarla Dublində birgə mətbuat konfransında deyib: İngiltərənin təklifi İrlandiya tərəfindən qəbul edilməzsə, Avropa Birliyi üçün də qəbuledilməz olacaq. Çünki İrlandiyanın müraciəti Avropa Birliyinin müraciəti mənasındadır.
Leo Varadkar deyib: Brexit müzakirələrində "Yaxşı Cümə" razılaşmasının bütün cəhətləri, o cümlədən sərhədlərin qorunması, sərt sərhəd qaydalarının yaradılmasının qarşısının alınması üçün zəruri məsələdir və İngiltərə etibarlı sərhəd layihəsini təqdim etməlidir.
Halbuki Britaniya baş naziri Tereza Mey Avropa Komissiyasının sədri İan Klod Yunkerlə görüşərək danışıqlar aparmaq üçün Belçika paytaxtı Brüsselə səfər edəcək.
Avropa Birliyinin 27 üzvü, o cümlədən İrlandiya Respublikası Brexit müzakirələrinin ikinci turunun başlanmasına veto tətbiq edə bilərlər. Elə bu məqsədlə Tereza Mey müzakirələri davam etdirmək üçün İrlandiyanın razılığını qazanmalıdır.
London və Brüssel arasında Brexit müzakirələri iki tərəfin razılığına əsasən 2019-cu il mart ayına qədər sona çatmalıdır.