Vaşinqtonda irqçilik əleyhdarları və tərəfdarlarının aksiyası
Bir qrup amerikalı bu ölkədə irqçiliyin yayılmasına etiraz olaraq aksiya keçirib.
Bazar günü Vaşinqtonda Ağ Evin ətrafında keçirilmiş bu nümayişdə əllərində plakatlar tutmuş etirazçılar şüarlar verərək, qaradərililərə qarşı zorakılığı pisləyiblər.
Eyni zamanda, irqçiliyə tərəfdar qruplar da aksiya keçiriblər.
ABŞ polisi hadisə yerinə gələrək, irqçilik əleyhdarları və tərəfdarlarının toqquşmasının qarşısını alıbdır.
Buna baxmayaraq, iki aksiyanın iştirakçıları arasında şifahi qarşıdurma baş veribdir.
ABŞ-da irqi ayrı-seçkilik son illərdə hissolunacaq şəkildə artmaqda olubdur.
2016-cı ildə Amerikada polis tərəfindən 1000-ə yaxın qaradərili öldürülüb, yəni hər gün polis tərəfindən üç nəfər qətlə yetirilibdir ki, onların bir çoxu qaradərili olubdur.
Trampın siyasəti Amerikada irqi ayrı-seçkilik prosesini daha da şiddətləndirib və bu vəziyyət ABŞ-ın daxili və xaricində geniş etirazlarla üzləşibdir.