BMT Yəmənə qarşı hava və quru hücumlarının dayandırılmasını istəyib
BMT-nin baş katibi Yəmənə qarşı hava və quru hücumlarının dayandırılması və bu ölkəyə ticarət mallarının daxil olmasının bərpasını istəyib.
Antonio Quterreş dünən xəbərdarlıq edib ki, milyonlarla yəmənli uşaq, qadın və kişi bu ölkəyə qarşı hücumlar və mühasirənin davam etməsinə görə, aclıq, xəstəlik və ölüm təhlükəsi qarşısındadır.
BMT-nin baş katibi deyib ki, o, Yəməndə döyüşlərin şiddətlənməsindən son dərəcə nigarandır və bütün tərəflərdən istəyir ki, hava və quru hücumlarını dayandırsınlar.
Yəmənli mediyalar bildiriblər ki, Ərəbistanın başçılığı altında olan koalisiya Yəmənin paytaxtı Sənaya qarşı hava hücumlarını şiddətləndiribdir.
Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehin daha Ənsarullah hərəkatına dəstək vermədiyini bildirməsindən sonra koalisiya qüvvələri bu hücumları həyata keçiriblər.
Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinin Əli Abdullah Saleh və onun tərəfdarları cəbhəsindəki təhrikləri ilə Səna ötən çərşənbə günündən bəri Ənsarullah və Əli Abdullah Saleh qüvvələri arasında döyüşlər səhnəsidir.
BMT Yəmən savaşını və Ərəbistanın bu yoxsul ərəb ölkəsinə qarşı hücumunu müasir əsrin faciəsi adlandırıbdır.