Dek 05, 2017 16:55 Asia/Baku
  • ABŞ səfirliklərində təhlükəsizlik tədbirləri gücləndirilib
    ABŞ səfirliklərində təhlükəsizlik tədbirləri gücləndirilib

Amerika bütün ölkələrdəki səfirliklərinə təhlükəsizlik tədbirlərini gücləndirmək göstərişi verib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın Amerikanın işğal olunmuş Fələstindəki səfirliyinin Təl-Əvivdən Beytül-Müqəddəsə köçürülməsi üzrə ehtimal olunan qərarına beynəlxalq səviyyədə xəbərdarlıqların ardınca ABŞ Dövlət Departamenti bütün ölkələrdəki səfirliklərinə təhlükəsizlik tədbirlərini gücləndirmələrinə dair göstəriş verib. 

ABŞ Dövlət Departamentinin bir rəsmisi Politiko qəzetinə bildirib ki. Beytül-Müqəddəs ilə əlaqədar göstəriş Vaşinqtonun ABŞ-ın müxtəlif ölkələrdəki səfirliklərinə qaşrı sərt hərəkətlərdən nigaran qalmasına səbəb olub. 

Ağ ev bu gün bildirib ki, Donald Tramp Amerikanın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi barədə son qərarını qarşıdakı günlərə saxlayıb. 

Teqlər