BMT baş katibi ABŞ səfirliyinin Qüdsə köçürülməsinə qarşı çıxıb
https://azeri.sahartv.ir/news/dünya-i288381-bmt_baş_katibi_abŞ_səfirliyinin_qüdsə_köçürülməsinə_qarşı_çıxıb
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş deyib: Bu təşkilat ABŞ səfirliyinin Tələvivdən Beytül-Müqəddəsə köçürülməsinə dair Vaşinqtonun birtərəfli hərəkətinə qarşıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 06, 2017 06:53 Asia/Baku
  • BMT baş katibi ABŞ səfirliyinin Qüdsə köçürülməsinə qarşı çıxıb

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş deyib: Bu təşkilat ABŞ səfirliyinin Tələvivdən Beytül-Müqəddəsə köçürülməsinə dair Vaşinqtonun birtərəfli hərəkətinə qarşıdır.

İRİB-in məlumatına görə, Antonio Quterreş əlavə edib: ABŞ səfirliyinin Tələvivdən Beytül-Müqəddəsə köçürülməsinə dair hər hansı hərəkət müstəqil Fələstin dövlətinin yaradılması üzrə həll yolunu zəiflədə bilər. 

BMT sözçüsü Stefan Dujarrik də çərşənbə axşamı günü jurnalistlərə verdiyi açıqlamada deyib: Qüds məsələsi birbaşa ikitərəfli müzakirələr və Təhlükəsizlik Şurasının əlaqədar qətnamələrinə əsasən həll olunmalıdır. 

ABŞ prezidenti Donald Tramp və sionist rejim baş naziri Benyamin Netanyahunun ABŞ səfirliyinin Tələvivdən Beytül-Müqəddəsə köçürülməsinə dair planı fələstinlilər və beynəlxalq ictimaiyyətin sərt tənqidlərinə tuş gəlib. 

Ərəb və islam ölkələri xəbərdarlıq ediblər ki, ABŞ-ın işğal olunmuş Qüdsü sionist rejimin paytaxtı olaraq tanımasının rəsmən elan olunması Yaxın Şərq sülh planlarına zərbə vura bilər.