İnsan Haqları Şurası Myanma əleyhinə qətnamə təsdiqlədi
BMT-nin İnsan Haqları Şurası bir qətnamə təsdiqləyərək Myanma dövlətinin rohinca müsəlmanları əleyhinə hərəkətlərii pisləyib və bu şuranın ali komissarı Zeyd Rəd əl-Hüseyndən rohinca müsəlmanlarının vəziyyətini araşdırmasını istəyib.
İRNA-nın məlumatına görə, Myanmanın qərbində Raxin əyalətində rohinca müsəlmanlarının vəziyyətinin araşdırılması üzrə xüsusi iclas BMT İnsan Haqları Şurasında təşkil olunub. Çərşənbə günü keçirilən iclasda 33 lehinə, 3 əleyhinə və 9 bitərəf səslə qətnamə təsdiqlənib və iclas öz işinə yekun vurub.
Qətnamədə Rəd əl-Hüseyndən rohinca müsəlmanlarının vəziyyətinin yaxşılaşması prosesini izləməsi və İnsan Haqları Şurasının növbəti iclaslarında hesabat verməsi istənilib.
Rəd əl-Hüseyn İnsan Haqları Şurasının xüsusi iclasında Myanma təhlükəsizlik qüvvələri və radikal buddistlərin rohinca müsəlmanlarına qarşı sərt hərəkətlərini pisləyib və deyib: Myanma müsəlmanlarının qırğın edilməsi soyqırımı mənasındadır.
BMT İnsan Haqları Şurasının ali komissarı bildirib: 2 dekabr 2017-ci ilə qədər təxminən 626 min nəfər Raxin əyalətindən Banqladeşə qaçıb və bu proses hələ də davam etməkdədir.
Myanmanın Raxin əyalətində bir milyondan çox müsəlman yaşayır. Myanma dövləti onların vətəndaşlığını rəsmən tanımır və müsəlmanlar vətəndaşlıq hüququndan məhrumdur.