Berni Sanders Trampı tənqid atəşinə tutdu
Dek 06, 2017 11:29 Asia/Baku
Senator Sanders ABŞ səfirliyinin işğal olunmuş Qüdsə köçürülməsi haqda Tramp hökumətinin qərarını tənqid edib.
İRİB-in məlumatına görə, Demokrat senator Berni Sanders öz Twitter səhifəsində ABŞ səfirliyinin Tələvivdən Qüdsə köçürülməsi haqda Tramp hökumətinin qərarını tənqid edib və yazıb: ABŞ-ın keçmiş hökumətlərinin belə bir işi görməmələrinin səbəbi vardır və dünya ölkələrinin dövlət başçılarının Trampa bu işi görməməsi üçün xəbərdarlıq etməsinin də səbəbi vardır.
Berni Sanders əlavə edib: Bu hərəkət sülh perspektivini zəiflədəcək və bu sahədə ABŞ-a əvəzolunmaz zərbə vuracaq.